UEFA Fransanın "Le Parisien" nəşrinin AVRO-2020-nin yalnız Rusiyada keçirilə biləcəyi ilə bağlı yaydığı xəbərə münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, qitə futbol qurumundan TASS-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda əsas plan turnirin əvvəlcədən nəzərdə tutulduğu kimi, 12 şəhərdə təşkilidir.
Eyni zamanda, Avropa çempionatının ev sahiblərinin sayının azaldıla biləcəyi də istisna olunmayıb: "Bu, 12, 11, 8, 5 və ya 1 ölkə də ola bilər. İndi vəziyyəti qiymətləndiririk. Hələlik hansısa dəyişiklik müzakirə olunmayıb. Epidemioloji vəziyyətin inkişaf tempi, ölkələr arasında uçuşların necə həyata keçiriləcəyi və hökumətlərin nə cür reaksiya göstərəcəyinə baxmaq olduqca vacibdir".
Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.