Bu gün keçirilməli olan Azərbaycan Premyer Liqasında IX turun "Zirə" ilə ev oyunu öncəsi "Sabah"ın klubunun bəzi futbolçularında koronavirus şübhəsi təsbit edilib.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
PFL rəsmisi futbolçuların adlarını açıqlamayıb.