
Gələn mövsümdən Region Liqasında Müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən komandalar da mübarizə aparacaq.
Sportnet.az xəbər verir ki, həmin komandalar AFFA-nın təşəbbüsü ilə yaradılacaq.
Qeyd edək ki, Region Liqası AFFA-nın təşkilatçılığı ilə keçirilir.