İsveçrənin 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Fransa ilə oyunlar öncəsi itki ilə üzləşib.
Sportnet.az İsveçrə Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Noa Okafor qarşıdakı matçları buraxacaq.
Buna səbəb 20 yaşlı futbolçunun çıxış etdiyi Avstriyanın "Zaltsburq" klubunda 6 oyunçunun koronavirusa yoluxmasıdır. Hazırda karantində olan Okafor ölkəsinə qayıda bilməyib.
Qeyd edək ki, noyabrın 12-də Tyun şəhərindəki eyniadlı arenada baş tutacaq İsveçrə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.