
"Kiprdəki matçın nəticəsindən xəbərimiz var idi və bu, oyunumuza böyük təsir göstərdi. Sonda nə etməli olduğumuzu bilirdik. Əsas, hesabı qorumaq idi. Qələbə dalınca qaçmağa ehtiyac yox idi. Hərşey belə alındığı üçün şadıq".
Sportnet.az xəbər verir ki, bunu Monteneqro yığmasının futbolçusu Marko Bakiç UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Azərbaycanla qolsuz heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
27 yaşlı hücumameyyli yarımmüdafiəçi bildirib ki, azlıqda qaldıqda nəinki bu cür oyunlarda, hətta məşqdə belə, çətinlik olur: "Amma problemi yoluna qoymağı bacardıq. Qarşıda Kiprlə oyun var. Bu, bizim üçün son şansdır. Qələbə qazanmaq istəyirik".