
"Bu keçiddən çox məmnunam. İnanıram ki, komanda ilə birlikdə bizi möhtəşəm oyunlar gözləyir”.
Sportnet.az xəbər verir ki, bunu “Səbail”in yeni transferi Bəxtiyar Rəhmani klubun rəsmi saytına açıqlamasında deyib. 29 yaşlı yarımmüdafiəçi klub rəsmiləri və futbolçuların onu çox yaxşı qarşıladıqlarını söyləyib: "Xoş münasibətə görə hərkəsə təşəkkürüm edirəm. Burada uğurlar qazanmaq üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, biz birlikdə yüksək nailiyyətlərə imza ata bilərik. Mənim üçün bu, yeni çağırışdır və inanıram ki, hər şey yaxşı olacaq"!
Qeyd edək ki, “Səbail” Bəxtiyar Rəhmani ilə bu mövsümün sonunadək müqavilə imzalayıb.