
İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt koronavirus infeksiyasına yoluxduğuna dair informasiyanı gizlədib.
Sportnet.az-ın "Daily Mail" nəşrinə istinadən məlumatına görə, 50 yaşlı mütəxəssisdən oktyabrda götürülmüş COVID-19 testi müsbət nəticə verib. Bundan sonra Sautgeyt özünü Şimali Yorkşirdəki evində 10 günlük təcrid edib. İki həftə öncə İngiltərə yığmasının UEFA Millətlər Liqasındakı oyunlarından əvvəl media ilə ünsiyyəti zamanı onun test cavabı mənfi olub.
Lakin baş məşqçi xəstəliyinə dair heç bir açıqlama verməyib.
Qeyd edək ki, noyabrın 15-də İngiltərə yığması Belçika, noyabrın 18-də isə İslandiya ilə üz-üzə gələcək.