Türkiyənin "Qalatasaray" klubunun bugünkü məşqi ləğv edilib.
Spotrnet.az "Milliyet"ə istinadən xəbər verir ki, səbəb kimi İstanbul təmsilçisində koronavirusa yoluxan futbolçuların sayının 5-ə yüksəlməsi göstərilib.
Qeyd edək ki, "Qalatasaray" bu gün 3 futbolçusunda koronavirus aşkarlandığını açıqlayıb. Onlardan biri məşhur yarımmüdafiəçi Arda Turandır.