Azərbaycan Premyer Liqasında X turunun “Sabah” – “Səbail” oyunu bu gün baş tutmayacaq.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumatına görə, səbəb kimi bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi göstərilib.
Oyunun yeni tarixi ilə bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək.
Qeyd edək ki, ötən tur "Sabah" - "Zirə" (0:1) oyunu da eyni səbəbdən vaxtında gerçəkləşməyib.