UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu ada İngiltərə "Mançester Yunayted"indən Brunu Fernandeş, Almaniyanın "Borussiya" (Dortmund) komandasından Ceydon Sanço, Niderland "Ayaks"ından Duşan Tadiç və İtaliya "Atalanta"sından Robin Qosens iddia edir.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.