Son 10 ildə UEFA Çempionlar Liqasının qrup mərhələsindən çıxa bilməyən komandalar bəlli olub.
Sportnet.az-ın məlumatına görə, 2011/2012 və 2012/2013 mövsümündə "Mançester Siti" ardıcıl iki dəfə 1/8 finala yüksələ bilməyib.
"Şəhərlilər" qrupda müvafiq olaraq 3-cü və 4-cü yerləri tutub. İngiltərənin digər təmsilçisi "Çelsi" də 2012/2013 mövsümündə eyni problemlə üzləşib. London klubu Ukrayna "Şaxtyor"u ilə eyni - 10 xal toplasa da, üçüncü olub. "Çelsi" tarixində ilk dəfə Avropa Liqasını məhz həmin mövsümdə qazanıb.
Sonrakı mövsümdə İtaliyanın "Yuventus" klubu Türkiyə "Qalatasaray"ına uduzaraq qrupda qalıb.
2017/2018 mövsümündə isə "Atletiko" qrup mərhələsində uğursuzluqla üzləşib. Dieqo Simeonenin baş məşqçi olduğu komanda hər iki görüşdə "Qarabağ"ı məğlub edə bilməyib - 0:0. 1:1. Madrid təmsilçisi də "Çelsi" kimi mövsümün sonunda Avropa Liqasını qazanıb.
Böyük klublardan ən çox qrupda qalanlar isə İngiltərə "Mançester Yunayted"i və İtaliya "İnter"idir. "Qırmızı şeytanlar" 2011/2012, 2015/2016, 2020/2021, Milan təmsilçisi isə ardıcıl üç mövsüm (2018/2019, 2019/2020, 2020/2021) 1/8 finala vəsiqə qazana bilmir.