Almaniyanın "Bavariya" futbol klubu ötən mövsümü müsbət saldo ilə başa vurmağı bacarıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, koronavirus pandemiyasına üzündən maliyyə itkilərinə rəğmən mümkün olub.
Münhen təmsilçisinin 2019/2020 mövsümündə xalis gəliri 9,8 milyon avro təşkil edib. Klubun İdarə Heyətinin sədri Karl-Haynts Rummenige deyib ki, "Bavariya" martın 8-dən ev oyunlarını azarkeşsiz keçirib. Bununla belə, təkcə komandanın möhtəşəm nailiyyətləri ilə deyil, çoxlu sosial və ictimai təşəbbüs sayəsində böhrandan xeyirlə çıxa biliblər.
Qeyd edək ki, 2019/2020 mövsümündə "Bavariya" Almaniya çempionu, ölkə Kuboku və Super Kuboku, həmçinin Çempionlar Liqası və UEFA Superkubokunın qalibi olub.