"Neftçi"də son koronavirus testlərinin nəticəsi bəlli olub.
Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin Sportnet.az-a verdiyi məlumata görə, bütün cavablar neqativ çıxıb.
Aktiv xəstə olan Bruno Teluşi və Stiven Monroz da artıq sağalaraq, sıraya qayıdıblar.
"Ağ-qaralar"ın Premyer Liqanın XIII turunda üz-üzə gələcəyi "Keşlə" klubunda da test nəticələri açıqlanıb. Klubdan bildirilib ki, heç kimdə virus aşkarlanmayıb. Hazırda komandada yeganə itki koronavirusa görə xəstəxanada müalicə alan baş məşqçi Yunis Hüseynovdur. O, paytaxt derbisində də texniki zonada yer almayacaq.
Qeyd edək ki, dekabrın 24-də keçiriləcək "Neftçi" - "Keşlə" matçı saat 18:00-da başlayacaq.