“Sabah” klubu futbolçusu Abbas Ağazadə ilə yollarını ayırıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ağazadə 2019-cu ildən “Sabah”da çıxış edirdi.
Qeyd edək ki, "Sabah" klubu daha əvvəl Yevgeni Koçukla sözləşməni ləğv edib, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünü isə Niderlandın "Telstar" klubuna icarəyə verib.