Braziliyada keçiriləcək Dünya çempionatı öncəsi beynəlxalq yoldaşlıq görüşləri davam edir. Sportnet.az-ın məlumatına görə, ötən gecə bəzi ölkələrin milli komandaları yaşıl meydanlarda növbəti dəfə qüvvələrini sınayıblar.
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun hazırda məsləhətçi kimi çalışdığı ABŞ millisi onun keçmiş komandası Nigeriyanı yenməyi bacarıb. Bununla da ABŞ mundial öncəsi Azərbaycan və Türkiyə ilə qarşılaşmaların ardından 3-cü qələbəsinə imza atıb. Son dünya və Avropa çempionu İspaniya Salvadoru, Argentina Sloveniyanı eyni hesabla məğlub edib. Belçika - Tunirs matçı isə dolu yağması üzündən yarımçıq qalıb və 40 dəqiqədən sonra davam etdirilib. Oyunun sonlarından meydan sahibləri qol vuraraq, minimal hesablı qələbəni təmin ediblər. Ən gözlənilməz nəticə isə İngiltərənin Hondurasa qalib gələ bilməməsi olub.
Beynəlxalq yoldaşlıq görüşləri
7 iyun
Kamerun - Moldova - 1:0
Qol: Salli, 30
Estoniya - Tacikistan - 2:1
Qollar: Luts, 89. Anyer, 90 - Vasiyev, 61
Qollar: Prişkin, 26. Varqa, 63. Engel, 90 - öz qapısına
Qırmızı vərəqə: Korobkin, 62 (Qazaxıstan)
Argentina - Sloveniya - 2:0
Qollar: Alvares, 12. Messi, 76
8 iyun
Belçika - Tunis - 1:0
Qol: Martens, 89
Qırmızı vərəqə: Jemaa, 63 (Tunis)
Salvador - İspaniya - 0:2
Qollar: Vilya, 60; 88
Qollar: Vilya, 60; 88
İngiltərə - Honduras - 0:0
Qırmızı vərəqə: Bekeles, 66 (Honduras)
ABŞ - Nigeriya - 2:1
Qollar: Altidor, 32; 68 - Mozes, 86 - penalti ilə