
Türkiyə Super Liqasında XXII tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun son oyununda "Beşiktaş" və "Trabzonspor" komandaları üz-üzə gəlib. İstanbuldakı "Vodafon Park"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı meydan sahiblərinin futbolçusu Vensan Abubakar 30-cu dəqiqədə açıb. 44-cü dəqiqədə onun komanda yoldaşı Fransisko Montero topu öz qapısına göndərib. 63-cü dəqiqədə isə Vitor Uqo yekun nəticəni müəyyənləşdirib. 77-ci dəqiqədə isə Doruhan Tokoz qırmızı vərəqə alaraq, "Beşiktaş"ı azlıqda qoyub.
Beləliklə, XXII turun oyunlarından sonra "Fənərbağça" 45 xalla liderliyə yüksəlib. 44 xala malik "Beşiktaş" 2-ci pilləyə enib. Bu tur səfərdə "Qaziantep"ə 2:1 hesabı ilə qalib gələn "Qalatasaray" 42 xalla 3-cü, evdə "Sivasspor"u 3:1 hesabı ilə yenən "Alanyaspor" 37 xalla 4-cü, "Trabzonspor" isə 36 xalla 5-cidir.