"Zirə"nin futbolçusu İlkin Muradov bu komandanın heyətində 80-ci oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin yubileyi "Neftçi" ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
Muradov yubileyini 1:0 hesablı qələbəni gətirən qola imza atmaqla qeyd edib. Bu, onun “qartallar”ın heyətində 4-cü qolu olub.
Futbolçu Premyer Liqada 69, ölkə kubokunda 11 matça çıxıb. O, hər iki turnirdə 2 qola sevinib. Əvvəlki üç qolu ev qarşılaşmalarında vuran futbolçu ilk dəfə səfərdə fərqlənib.
Yarımmüdafiəçi klub tarixində 80 və daha çox matç keçirən 6-cı oyunçudur. Onadək Adil Nağıyev (103), Vüqar Mustafayev (89), Viktor İqbekoyi (88), Anar Nəzirov (86) və Yovan Krneta (83) buna nail olub.