"Qarabağ"ın zədəli futbolçusu Filip Ozobiçin Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"yə qarşı matçı da buraxacaq.
Klubdan Sportnet.az-a verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçi hələ kollektiv çalışmalara qoşulmayıb. Zədəsini tam sağaltmayan xorvatiyalı oyunçu məşqlərini fərdi qaydada davam etdirir.
Qeyd edək ki, Filip Ozobiç son rəsmi oyununu 2020-ci il dekabrın 24-də Premyer Liqanın XII turunda "Zirə"yə (3:2) qarşı keçirib.
Fevralın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq "Qarabağ" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.