Türkiyə Super Liqasının XXV turunda keçirilməsi planlaşdırılan daha bir oyunun başlama saatı dəyişdirilib.
Sportnet.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "Genclerbirliyi" - "Beşiktaş" oyunu da erkən saata salınıb.
Buna səbəb həftəsonu paytaxt Ankarada güclü qar yağışının gözlənilməsidir. Fevralın 15-də keçiriləcək görüş əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20:00-da başlamayacaq. Qarşılaşma Bakı vaxtı ilə 17:00-a təyin edilib.
Qeyd edək ki, daha əvvəl "Qalatasaray"ın oyununun saatı dəyişdirilib.