Azərbaycan millisinin sabiq futbolçusu Vüqar Əskərov özünü yeni idman növündə sınayacaq.
Sportnet.az xəbər verir ki, 36 yaşlı hücumçu futzalla məşğul olmağa qərar verib.
Təcrübəli forvard bu səbəbdən Latvayanın "Petrov" klubuna keçib. Yeni komandası ilə müqavilə bağlayan futbolçu çempionluq qazanmaq istədiyini bildirib.
Qeyd edək ki, Vüqar Əskərov 3 oyunda Azərbaycan millisinin formasını geyinib. Əsasən legioner həyatı yaşayan hücumçu "Sumqayıt", "Zirə" və "Araz Naxçıvan" komandalarında da çıxış edib.