
Almaniyanın "Bavariya" klubunun və Fransa millisinin futbolçusu Korentin Tolisso zədələnib.
Sportnet.az "LEquipe" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi məşqdə bud nahiyəsindən xəsarət alıb.
Fransalı oyunçu bu gün əməliyyat olunub. Onun 3 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.
Beləliklə, Tolisso demək olar ki, mövsümün qalan hissəsində oynamayacaq. Onun Fransa yığması ilə Avropa çempionatında iştirakı da sual altına düşüb.
Qeyd edək ki, Korentin Tolisso 2017-ci ildən "Bavariya"da çıxış edir. 2020-ci ildə keçirilməli olan AVRO-2020 koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb.