Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Moldova seçməsini qəbul edib.
"ASK Arena"da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 46-cı dəqiqədə Aysun Əliyeva vurub.
Qrupun digər qarşılaşmasında İspaniya Polşanı sınağa çəkəcək.
Qeyd edək ki, bu qalibiyyətdən sonra ilk xallarını qazanan Azərbaycan millisi yer aldığı D qrupunu sonuncu pillədə başa vurub.
------------------------------------------
Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Moldova seçməsini qəbul edəcək. "ASK Arena"da keçiriləcək görüş 18:00-da başlayacaq.
Son oyunda İspaniya seçməsinə 0:13 hesabı ilə uduzan yığma D qrupunda xal qazana bilməyib və sonuncu - 5-ci pillədə qərarlaşıb. Yalnız Azərbaycan millisini məğlub edən Moldova isə 3 xalla 4-cü sıradadır.
Qrupun digər qarşılaşmasında İspaniya Polşanı sınağa çəkəcək.
Avropa çempionatı, seçmə mərhələ
23 fevral
18:00. Azərbaycan - Moldova - 1:0
Qol: Aysun Əliyeva, 46
"ASK Arena".