“İspaniya ilə oyundan sonra bu qarşılaşmaya köklənmək bir qədər çətin oldu. Komandam 90 dəqiqə xarakter, mübarizə, istək nümayiş etdirdi".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının baş məşqçisi Siyasət Əsgərov evdə Moldovaya 1:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə oyunundan sonra deyib.
Gənc mütəxəssis sözlərinə əməl etdiklərini bildirib: "Düzdür, oyun ərzində bəzi tapşırıqları daha dəqiq yerinə yetirə bilərdik. Misal üçün, əlavə qollar vura bilərdik. Bu çatışmazlıq oyun təcrübəmizin az olması ilə əlaqədardır. Əsas o idi ki, oyundan əvvəl verdiyimiz sözümüzü tutduq və qələbə qazandıq. Qələbə münasibətilə komandamı təbrik və təşəkkür edirəm. Ümid edirəm, əldə etdiyimiz qələbə ilə əvvəlki məğlubiyyəti unutdura bildik”.
Moldova milli komandasının baş məşqçisi Eduard Blanuta isə qələbəni daha çox istəyən komandanın qazandığını söyləyib: "Müsbət məqam ondan ibarətdir ki, komandam istədiyimiz oyunu nümayiş etdirdi. Oyunumuzda çatışmayan yeganə cəhət hesabı bərabərləşdirə bilməməyimizdir. Bu da oyunun gedişində müəyyən mənada oyun üslubumuzu dəyişməyimizə səbəb oldu”.
Qeyd edək ki, Azərbaycan millisinin qrupda son oyunu olub. Minimal hesablı qələbə sayəsində Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv qrupu 3 xalla başa vurun.