
“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Rodriqo Bonqonquini transfer edib. 28 yaşlı hücumçu ilə cari mövsümün sonunadək anlaşma əldə olunub.
Qeyd edək ki, fransalı futbolçu daha əvvəl ölkəsinin “Sedan”, “Paris”, “Le Erbe”, Xorvatiyanın “Slaven Belupo”, Sloveniyanın “Tabor” və İsrailin “Hapoel Hadera” klublarında çıxış edib.