Argentina "Boka Xuniors"unun prezidenti Xorxe Amor Ameal xəstəxanaya yerləşdirilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bir müddət öncə koronavirusa yoluxmuş 73 yaşlı funksionerdə nəfəs darlığı müşahidə olunduğundan müalicəsini həkimlərin nəzarəti altında davam etdirir.
Amealın səhhətinin qaydasında olduğu bildirilib.
Qeyd edək ki, Xorxe Amor Ameal 2019-cu ildən "Boka Xuniors"a rəhbərlik edir. O, 2008 - 2011-ci illərdə də klubun prezidenti olub.