"Sabah" klubunun futbolçusu Kevin Kubemba Konqo millisinə dəvət alıb.
Sportnet.az xəbər verir ki, 28 yaşlı hücumçu dünya çempionatının seçmə oyunları üçün yığmaya çağırılıb.
O, son olaraq 2015-ci ildə Konqo millisinin formasını geyinib. Yığma martın 26-da Seneqalı qəbul edəcək, martın 30-da isə Qvineya-Bisaunun qonağı olacaq.