İspaniyanın "Qranada" klubunun futbolçusu Xorxe Molina Avropa Liqasının tarixinə düşüb.
Sportnet.az məlumatına görə, hücumçu turnirdə qol vurmağı bacaran ən yaşlı ikinci oyunçu olub.
İspaniyalı forvard Norveç "Molde"sini 2:0 hesabı ilə məğlub etdikləri 1/8 finalın ilk görüşündə hesabı açıb. Molina 38 yaş, 323-cü günündə fərqlənməyi bacarıb.
Qeyd edək ki, turnirin rekordu "Molde"nin sabiq futbolçusu Daniel Berq Hestada məxsusdur. O, 2015-ci ildə Şotlandiya "Seltik"i ilə matçda 40 yaş 98-ci günündə qol vurub.