Futbol üzrə Azərbaycan I Divizonunun XVII turunda bu gün keçirilməsi planlaşdırılan "Turan Tovuz" - "Sabah-2" matçı güclü qar üzündən təxirə salınacaq.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a Tovuz klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayev məlumat verib.
Onun sözlərinə görə, səbəb hazırda Tovuzda güclü qarın yağması və nəticədə şəhər stadionunu qalın qar örtüyünün bürüməsidir.
Abdullayev təxirəsalma qərarının tezliklə veriləcəyini bildirib.
Qeyd edək ki, fevralın 17-də XIII turun "Turan Tovuz" - "Sumqayıt - 2" görüşü də eyni səbəbdən təxirə salınıb.