"Neftçi"nin yeni transferi Keysuke Honda keçmiş klubu Braziliya "Botafoqo"sunun azarkeşlərinə jest edib.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi sponsor tərəfdaşlardan illik VIP bilet paketi alaraq, fanatlara bağışlayıb. Honda bu addımı komandadan ayrılmasından sonra azarkeşlərə təşəkkür əlaməti kimi atıb.
O, ardından yaponiyalı iş adamlarının maliyyələşdirdiyi Portuqaliyanın "Portimonense" komandasına azad agent kimi keçib. Lakin Portuqaliya Futbol Liqasının qaydalarına əsasən, futbolçu yeni klubunda meydana çıxması üçün ən azı 3 ay azad agent statuslu olmalıdır. Bu səbəbdən, təcrübəli oyunçu Portuqaliya Primeyrasında meydana çıxa bilməyib.
Nəticədə Honda "Neftçi"yə keçib. Onunla martın 15-də cari mövsümün sonunadək müqavilə bağlanılacaq.