“Keşlə”nin futbolçusu Sezar Meza Kolli Azərbaycan Premyer Liqasında yubiley matçını keçirib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XX turun “Sumqayıt”la görüşü (2:2) legioner yarımmüdafiəçinin 100-cü oyunu olub.
Paraqvaylı oyunçu bu görüşlərdə 13 qola imza atıb.
Azərbaycanda 2013/14 mövsümündə debüt edən yarımmüdafiəçi bu müddətdə iki klubun formasını geyinib. O, fasilələrlə çıxış etdiyi “Keşlə”dəki 81 matçda 9 qol vurub. Paraqvaylı futbolçu “Zirə”də oynadığı 2016/17 mövsümünün 19 qarşılaşmasında 4 dəfə fərqlənib.
Qeyd edək ki, Sezar Meza Kolli çempionatda ilk oyununu 2013-cü il sentyabrın 12-də səfərdə “Neftçi”yə qarşı (1:3) keçirib.