“Sabah” klubu Peşəkar Futbol Liqasına müraciət edərək çox sayda oyunçusunun milli komandalara dəvət aldığını əsas gətirərək Azərbaycan I Divizionunun XVIII turunun “Neftçi”-2 ilə təqvim oyununun vaxtının dəyişdirilməsini xahiş edib.
Sportnet.az xəbər verir ki, “Sabah” klubunun müraciətini, yarışların mövcud Əsasnaməsini və “Neftçi” klubunun razılğını rəhbər tutan PFL “Sabah”-2 – “Neftçi”-2 oyununu 19 mart tarixdən 20 aprel tarixinə təxirə salıb.
Qeyd edək ki, komandaların qar səbəbindən təxirə salınmış oyunlarının keçirilməsi qüvvədə qalır.