"Zirə" klubunun futbolçusu Klesio Bauk Mozambik yığmasına dəvət alıb.
Bu barədə "Report"a klubun baş meneceri Elman Himayətoğlu məlumat verib.
O bildirib ki, 27 yaşlı yarımmüdafiəçi üçün dünən kluba məktub daxil olub: "Klesio Afrika Millətlər Kubokunun Ruanda və Kabo-Verde ilə seçmə oyunları üçün milliyə çağırılıb".
Bu arada Portuqaliyanın "A Bola" nəşri "Zirə"nin Bauku yığmaya göndərmək istəmədiyini yazıb. Himayətoğlu məlumatı təkzib edib: "Yarımmüdafiəçi bu yaxınlarda zədələndiyi üçün ola bilsin, onun komandaya qoşula bilməyəcəyindən ehtiyatlanıblar".
Qeyd edək ki, Mozambik seçməsi martın 22-də Ruandanın qonağı olacaq. Komanda martın 30-da Kabo-Verdeni qəbul edəcək. Kabo-Verde yığmasına "Qarabağ" klubunun futbolçusu Patrik Andrade dəvət alıb.