Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçü Niderlandın "Telstar" komandasında qol hesabını açıb.
Sportnet.az-ın məlumatına görə, Kökçü Niderland II Liqasında XXIX turun “Roda” ilə görüşündə fərqlənib. 84-cü dəqiqədə meydana girən 23 yaşlı yarımmüdafiəçi 90+4-cü dəqiqədə vurduğu qolla oyunda son nöqtəni qoyub - 3:1. Bu qələbə sayəsində "Telstar" 29 oyundan 37 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, müqavilə üzrə “Sabah”a məxsus Ozan Can Kökçü "Telstar"da icarə əsasında çıxış edir.