Belarus yığmasının baş məşqçisi Aleksey Vergeyenko FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisi ilə keçirdikləri 5-ci yer uğrunda görüşü dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis maraqlı oyunun alındığını bildirib.
Onun fikrincə, hər iki komanda hücum futbolu nümayiş etdirib: "Bundan əvvəl keçirdiyimiz oyunda Rusiya yığmasına böyük hesabla uduzmuşduq. Buna görə də psixoloji cəhətdən komandada vəziyyət yaxşı deyildi. Bacardığımız qədər futbolçuları oyuna kökləməyə çalışdıq. Penati seriyasından əvvəl qapıçı dəyişikliyi etməyim psixoloji amillə bağlı idi”.
Qeyd edək ki, Azərbaycan yığması əsas vaxtı 1:1 hesabı ilə nəticələnən Belarusla 5-ci yer uğrunda matçın penaltilər seriyasında bütün zərbələri dəqiq yerinə yetirərək, ümumi hesabda qalib gəlib - 6:5.