Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçə mərhələ oyunları üçün dəvət göndərdiyi 30 futbolçudan 7-ni Portuqaliya ilə matçın iştirak ərizəsinə daxil etməyib.
Sportnet.az-ın məlumatına görə, italiyalı mütəxəssis bu görüşdə Amin Seydiyev, Şəhriyar Əliyev, Tellur Mütəllimov, Toral Bayramov, Rəhim Sadıxov, Coşqun Diniyev və Xəyal Nəcəfiovun xidmətinə ehtiyac duymayıb.
Qara Qarayev isə zədəli olduğu üçün İtaliyaya aparılmayıb.
Qeyd edək ki, Turin şəhərindəki "Yuventus" stadionunda keçirilən qarşılaşmada hazırda ilk hissə oynanılır və hesab açılmayıb.