Braziliya millisinin sabiq futbolçusu Ronaldo 2002-ci ildəki dünya çempionatında saçını qeyri-adi formada kəsdirməsinin səbəbini açıqlayıb.
Sportnet.az "Football24.news"a açıqlama verən 45 yaşlı hücumçu DÇ-2002-nin yarımfinalında Türkiyə seçməsi ilə görüşdən əvvəl zədələndiyini bildirib.
Ronaldo bu barədə yerli mediaya danışmaq istəmədiyini sözlərinə əlavə edib: "Buna görə saçımı kəsdirdim. Komanda yoldaşlarımı görəndə "Bu, xoşunuza gəlirmi?" dedim. Onlar "Xeyr, bu, dəhşətdir. Saçını kəs dedilər. Ancaq jurnalistlər saç düzümümü gördülər və zədəni unutdular".
Keçmiş forvard saçını kəsdirdiyi üçün analardan üzr istəyib: "Övladlarında eyni saç düzümünü görən bütün analardan üzr istəyirəm".
Qeyd edək ki, karyerası ərzində İspaniyanın "Real Madrid" və "Barselona" klublarında oynamış Ronaldo 2002-ci ildə mundialın qalibi olub.