Almaniya millisi 20 ildən son futbol üzrə dünya çempionatlarının seçmə mərhələsində uduzub.
Sportnet.az-ın məlumatına görə, DÇ-2022-nin seçmə oyununda evdə Şimali Makedoniyaya 1:2 hesablı məğlubiyyət Bundestimin bir neçə rekordunun qırılmasına səbəb olub.
Komanda Yoahim Lövün rəhbərliyi altında seçmə mərhələlərdə ardıcıl 18 qarşılaşmada qələbə qazanmışdı və 35 görüşdə (30 qələbə, 5 heç-heçə) məğlub olmurdu.
Almaniya son olaraq 2001-ci ildə DÇ-2002-yə gedən yolda İngiltərəyə 1:5 hesabı ilə uduzub. Komanda bundan əvvəl mundialların seçmə matçında 1985-ci ildə Portuqaliyaya məğlub olub - 0:1.