"Neftçi"nin futbolçusu Emin Mahmudov komandada 100-cü matçına çıxıb.
Sportnet.az məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXI turunda "Sumqayıt"la oyunun start heyətində yer alıb.
Paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev kapitana bu səbəbdən qarşılaşmanın əvvəlində xatirə hədiyyəsi təqdim edib.