Braziliyanın "Palmeyras" klubunun futbolçusu Luis Adriano koronavirusa yoluxub.
Sportnet.az-ın məlumatına görə, bu barədə 34 yaşlı hücumçunun özü instaqram hesabı vasitəsilə açıqlama verib.
O, aprelin 1-də testinin müsbət çıxdığını bildirib: "Hazırda xəstəliyin əlamətləri yoxdur. Ancaq özümü təcrid etmək məcburiyyətində qaldım. Bu qaydaya məhəl qoymadım və aprelin 5-də anamı götürmək üçün supermarketə getdim. Lakin avtomobildən düşmədim. Hər zaman tibbi maska taxıram".
Adriano avtodayanacaqda velosipedçi ilə toqquşaraq qəzaya düşdüyünü vurğulayıb: "Evdən çıxmamalı idim, səhv etdiyimi anlayıram".