
"Neftçi"nin baş məşqçisi Samir Abasov komandaya psixoloq cəlb olunmasını istəmir.
Sportnet.az-ın məlumatına görə, bu barədə 43 yaşlı mütəxəssis klub televiziyasında yayımlanan "Neftçi" mediada" verilişində azarkeşlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, flaqmanın psixoloqa ehtiyacı yoxdur: "Bu, həm yaxşı, həm də riskli bir şeydir. Kimsə psixoloqun sözlərindən qapana, təsirə düşə bilər. Bu gün nəyisə dəyişməyin özü də risklidir. Bir yolla davam etmək lazımdır".