
UEFA prezidenti Aleksander Çeferin Avropa Super Liqasında iştirakı təsdiqlənən İtaliyanın "Yuventus" klubunun rəhbəri Andrea Anyellini kəskin tənqid edib.
Sportnet.az-ın məlumatına görə, sloveniyalı funksioner Anyelli ilə bağlı böyük xəyal qırıqlığı yaşadığını bildirib.
Çeferin indiyədək bu qədər yalan danışan insan görmədiyini söyləyib: "İnanılmazdır. İlanların bizə bu qədər yaxın olduğunu bilmirdik, indi bildik".