Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, "Sumqayıt"ın əvəzedici komandası ilə qarşılaşan yığma 1:2 hesabı ilə məğlub olub. U-18-in heyətində Ağadadaş Salyanski fərqlənib.
Millimz hazırlıq çərçivəsində növbəti oyununu aprelin 21-də I Divizion təmsilçisi “Qaradağ Lökbatan”a qarşı keçirəcək.










































































