AFFA İntizam Komitəsi "Sabah-2"nin baş məşqçisi İlqar Mənsimova 5 oyunluq cəza verib.
Sportnet.az xəbər verir ki, mütəxəssis I Divizionun XXII turunda "Keşlə-2" ilə matçda hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
Baş məşqçi daha sonra dəhlizə daxil olarkən hakimi təhqir edib. Mənsimov klubunu 400 manat məbləğində ziyana da salıb.