"Qarabağ" komandası səfərdə "Qəbələ" ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XXIV tur matçında itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, ilk yarıda qonaq komandanın yarımmüdafiəçisi İsmayıl İbrahimli cəzalı duruma düşüb. İbrahimli çempionatda dördüncü sarı vərəqəsini alıb. Bu səbəbdən, 23 yaşlı oyunçu növbəti turda "Zirə"yə qarşı görüşü buraxmalı olacaq.
Qeyd edək ki, görüş mayın 4-də "Qarabağ"ın meydanında keçiriləcək.