"Çətin olacağını bilirdik. Meydan amili öz sözünü dedi. Həm də Ramazan ayında oruc tutan futbolçular var. Vacib 3 xal qazandıq. Növbəti oyuna hazırlaşacağıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin məşqçisi Vəfadar Quliyev "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXV tur matçından sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis bildirib ki, Yusuf Lavaldan istədiklərini aldıqlarını söyləyib: "Monroza da çox güvənirik. Bu o demək deyil ki, onu meydanda görməyəcəyik.