Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi "TMW Radio" nəşrinə müsahibə verib.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Azərbaycan yığmasında işləriniz necə gedir?
- İşlər davam edir. Qarşıda hələ çox iş görməliyik. Biz çox iş görməli və sürətlə artırmalıyıq. Baxmayaraq ki, biz bütün futbolçularımın Azərbaycanda oynaması ilə məhdudlaşırıq. Mən özümüzü göstərəcəyimizə ümid edirəm.
- Qarşıda hansı görüşləriniz olacaq?
- Biz əvvəlcə Türkiyə, sonra Belarusla, ardından Moldova ilə yoldaşlıq görüşlərində üz-üzə gələcəyik. Daha sonra sentyabrda dünya çempionatının seçmə oyunlarına çıxacağıq.
- Yoldaşlıq görüşləri daha güclü komandalara meydan oxumaq baxımından nəyi dəyişəcək?
- Bunlar ciddi sınaqlardır. Türkiyə millisi inkişaf edir, bir çox oyunçusu xaricdə oynayır. Öz liqalarındakı oyunçuda millidə demək olar ki, ehtiyatda qalırlar. Xaricdən cəlb olunmuş yeni futbolçular həqiqətən də maraqlı nailiyyətlərə imza atırlar. İtaliya yığması Avropa çempionatındakı ilk oyununu məhz belə komandaya qarşı keçirəcək.
- Roberto Mançini sizdən məsləhət istəyəcəkmi?
- Ona daha bir nəfərin məsləhəti lazım olsa, bu, mümkündür. Lakin fikrimcə, Mançinin kifayət qədər köməkçisi var ki, rəqibləri keyfiyyətli şəkildə izləsinlər.
- Aşağı səviyyəli çempionat yığmaya nə dərəcədə təsir edir?
- Azərbaycan klubları SSRI çempionatlarında oynadığı 1991-ci ilədək texniki baxımdan yaxşı futbolçulara malik idilər. İndi isə 8 komandadan ibarət kiçik liqaları var. Hər komanda bir oyunda maksimum 6 legionerə, həmçinin biri gənc olmaqla 5 yerli futbolçuya şans verə bilir. Seçim imkanı çox azdır. Azərbaycanlı futbolçular azdır və yığmaya kimin seçiləcəyini bilmirlər. Amma hərəkətlilik arta bilər. Hər halda siz onsuzda çox oynayacağını bilə-bilə yatanları stimullaşdırırsınız.
- Karyeranızda həyata keçirmək istədiyiniz daha bir arzu varmı?
- Bəli. Mən bunu qutuda saxlamışam. Lazım gəlsə, təklikdə sizə açıqlayaram.