"Neftçi"nin futbolçusu Emin Mahmudov zədələnib.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi "Səbail"ə qarşı keçirdikləri Premyer Liqanın XXVI tur matçında sıradan çıxıb. Onun yerinə 80-ci dəqiqə meydana Vüsal Əsgərov daxil olub.
Beləliklə, 20 yaşlı oyunçu Premyer Liqada debüt edib. O, "Neftçi"nin heyətində l Divizionda 8 qol vurub.
Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və "Neftçi" 4:0 hesabı ilə öndədir.