
Azərbaycan Premyer Liqasının XXVI turunda üz-üzə gələn "Sabah" və "Qarabağ" komandaları oyundan öncə İkinci Dünya müharibəsində Qələbənin 76 illiyini qeyd ediblər.
Sportnet.az-ın məlumatına görə, Ağdam və Masazır təmsilçiləri meydana üzərində "9 May - Babalarımızın zəfər mirası" sözləri yazılmış xüsusi bannerlə çıxıblar.
Qeyd edək ki, görüş "Bank Respublika Arena"da keçirilir.