"Neftçi"nin çempionluğa layiq olmadığını demək olmaz. Mövsümboyu çıxışları buna gətirib çıxardı".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, "Neftçi" ilə "Qarabağ" arasındakı görüşdə istənilən nəticə qeydə alına bilərdi: "Sevindirici haldır ki, çempionluq mübarizəsində də intriqa yaranıb. Ümid edirəm ki, digər klubların imkanları genişləndikcə gələcəkdə çempionluğa oynayan komandaların sayı da artacaq. Məncə, güclü olan qalib gəldi".