Azərbaycan Premyer Liqasında çempion baş məşqçilərin yaşlarında gəncləşmə baş verir.
Sportnet.az-ın məlumatına görə, bu tendensiyanın əsasını 2010-cu ildə gürcüstanlı baş məşqçi Kaxaber Tsxadadze "İnter" (hazırkı "Keşlə") komandasının sükanı arxasında qoyub. Həmin vaxt o, 41 yaş 8 ayında olub. Tsxadadze həm də ölkə çempionluğu əldə edən üç əcnəbi baş məşqçidən sonuncusu olub. Digər iki uğurlu xarici mütəxəssisdən biri də elə bu komandada çalışmış mərhum Valentin Xodukindir.
Xodukin həm də çempion baş məşqçilər arasında ən yaşlısıdır. Ən gənc baş məşqçi ünvanı isə Mehman Allahverdiyevə məxsusdur.
Azərbaycan çempionatında ümumilikdə 11 baş məşqçi çempionluq sevinci yaşayıb. Onlardan Xodukin və ilk çempion baş məşqçi Əhməd Ələsgərov artıq dünyasını dəyişib.
Ən titullu baş məşqçi 7 qat çempion Qurban Qurbanovdur. Ən azı iki dəfə qızıl medal əldə etmiş mütəxəssislərin sayı isə 5 nəfərdir.
Əhməd Ələsgərov (1992) - 57 yaş
Ağasəlim Mircavadov (1993, 1999/2000, 2000/2001, 2004/2005, 2006/2007) - 46 yaş
Kazbek Tuayev (1993/1994, 1996/1997, 2003/2004) - 54 yaş
Mehman Allahverdiyev (1994/1995, 1997/1998, 1998/1999) - 35 yaş
Böyükağa Hacıyev (2005/2006, 2011/2012, 2012/2013) - 48 yaş
Valentin Xodukin (2007/2008) - 69 yaş
Qyoko Haciyevski (2008/2009) - 54 yaş
Kaxaber Tsxadadze (2009/2010) - 42 yaş 8 ay
Arif Əsədov (2010/2011) - 41 yaş
Qurban Qurbanov (2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020) - 42 yaş 1 ay
Samir Abasov (2020/2021) - 43 yaş